Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinin müavinlərin təsdiqlənib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Dövlət Duması baş nazirinin aqrar sahə üzrə müavini vəzifəsinə Dmitri Patruşevin namizədliyi təsdiqlənib.
Həmçinin Dmitri Qriqorenkon da baş nazirin müavini, hökumət aparatının rəhbəri vəzifəsinə təyin edilib.
Dövlət Dumasının plenar iclasda Aleksey Overçukun, Yuri Trutnevin, Dmitri Çernışenkonun, Marat Xusnullinin, Vitali Savelyevin, Aleksandr Novakın, Tatyana Qolikovanın da baş nazirin müavini vəzifəsinə namizədlikləri təsdiqlənib.
***
Rusiya Dövlət Duması Dmitri Patruşevin baş nazirin müavini vəzifəsinə təsdiq edilməsi məsələsinə baxır.
Globalinfo.az xəbər verir ki, bunu Dumanın aşağı palatasının spikeri Vyaçeslav Volodin deyib.
“Dövlət Dumasında Baş nazir Mixail Mişustinin müavinləri vəzifələrinə təklif edilən namizədlərin təsdiqi məsələsinə baxılır. Ötən gün namizədlərə Dumanın müvafiq komitələrində baxılıb və hamısı dəstəklənib”, – Volodin bildirib.
Qeyd edək ki, D.Patruşev Rusiya Təhlükəsizlik Şurasının keçmiş katibi Nikolay Patruşevin oğludur.
Ayşən Mustafa
Globalinfo.az