
Fransanın Lion şəhərində 1 May mitinqi insidentlə yadda qalıb.
Globalinfo.az xəbər verir ki, mitinq zamanı nümayişçilərlə polis arasında toqquşma baş verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 17 nəfər saxlanılıb.
Qeyd edək ki, Fransanın Lion şəhərində keçirilən 1 may aksiyasında 13 minə yaxın insan iştirak edib.
Yürüş başlayandan az sonra nümayişçilər ictimai binalara zərər yetiriblər, daha sonra isə fişəng və digər partlayıcı vasitələrlə polisə hücum ediblər.
Xatırladaq ki, 1 May Əmək Günü münasibətilə Fransada ənənəvi olaraq nümayişlər keçirilir.
Əliyar Xəlil
Globalinfo.az














