65fb170c1f71f65fb170c1f720171095425265fb170c1f71d65fb170c1f71e

ABŞ Nümayəndələr Palatasının üzvü Jared Moskovitz ABŞ Prezidenti Co Baydenin impiçment dinləmələrinə Rusiya lideri Vladimir Putin maskası taxaraq gəlib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “MSNBC News” kanalı məlumat yayıb.

“Florida ştatından olan konqresmen Jared Moskovitz Baydenlə bağlı dinləmələrə üzünə Vladimir Putinin maskası taxaraq gəlib”, – deyə telekanal qeyd edib.

“The Hill” nəşri isə yazıb ki, Moskovitz Rusiya liderinin adından Rusiyada ərzaq mağazalarına baş çəkməyi təklif edib.

 

Paylaş: