65f5f98fef81665f5f98fef817171061902365f5f98fef81465f5f98fef815

Ağdaşda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

DİN-in mətbuat xidmətindən Globalinfo.az-a Yuxarı Şirvan bürosuna bildirilib ki, martın 16-sı saat 22 radələrində Adil Qasımovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan iki “Ford” markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində hər iki “Ford”un sürücüsü, 1980-ci il təvəllüdlü Ağəmmədov Yasin Sədyar oğlu və 1991-ci il təvəllüdlü Əlizadə Rəşad Ədalət oğlu, eləcə də orada olan 1982-ci il təvəllüdlü Qarayev Yaşar Maarif oğlu aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

***00:01

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ağdaşdan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan 3 yük maşını toqquşub.

İlkin məlumata görə, 3 nəfər hadisə yerində ölüb, yaralıların olduğu bildirilir.

Əlavə məlumat veriləcək.

65f5f98fefbd865f5f98fefbd9171061902365f5f98fefbd665f5f98fefbd7

Paylaş: