Arsen

“Ermənistan son dərəcə mənfi nəticələrlə üzləşə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Arsen Qasparyan deyib.

O bildirib ki, mövcud təhlükələr fonunda Ermənistan-Rusiya və Ermənistan-İran münasibətlərinin inkişafı çox vacibdir.

“Rusiya və İran bizim üçün çox vacib tərəfdaşlardır. Bu iki ölkə ilə münasibətlər yaxşı olmadan başqaları ilə əlaqələrimizi inkişaf etdirə bilmərik. Rusiyanın bölgədəki hərbi mövcudluğu bir neçə əsrdir ki, davam edir. Düşünürəm ki, Ermənistanda rusların nə istədiyini anlamaqda çətinlik çəkirlər. Ermənistan-Rusiya dialoqu uğursuzluğa düçar olub. Odur ki, biz Ermənistan-Rusiya münasibətlərini necə bərpa edəcəyimizi düşünməliyik. Əks halda, erməni xalqı üçün çox ciddi fəsadlar olacaq”.

Qasparyanın sözlərinə görə, Ermənistana erməni xalqının maraqlarına uyğun sövdələşmələr apara bilən hökumət lazımdır.

“Rusiyanın maraqları Türkiyə və Azərbaycanla üst-üstə düşür. Əgər Ermənistan müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün Rusiya ilə sövdələşə bilməsə, bu, son dərəcə mənfi nəticələrə gətirib çıxaracaq. Rusiya ilə NATO arasında Ukraynada gedən müharibəni Qafqazda proqnozlaşdırmaq olar. Ermənistan ətrafında təhlükəli vəziyyət yaranıb. Ermənistanın xarici siyasəti mahiyyətdən çox kənara çıxıb”, – erməni politoloq vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: