Parisdə Azərbaycan dili məktəbi uzun fasilədən sonra yenidən fəaliyyətə başlayıb – FOTO

Parisdə Azərbaycan dili məktəbi uzun fasilədən sonra yenidən fəaliyyətə başlayıb - FOTO

Fransanın paytaxtı Paris şəhərində yerləşən Azərbaycanın Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Fransadakı səfirliyinin, Diaspora üzrə Dövlət Komitəsinin dəstəyi, Diaspor təşkilatlarının təşkilatçılığı ilə Azərbaycan dili üzrə həftəsonu məktəbi uzun fasilədən sonra yenidən fəaliyyətə başlayıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, məktəbin açılışında Azərbaycanın Fransaya yeni təyin olunan səfiri Leyla Abdullayeva, səfirliyin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova, Azərbaycan diasporunun nümayəndələri və digər şəxslər iştirak ediblər.

Məktəbin açılışında məqsəd Azərbaycan dilini Fransadakı uşaqlara öyrətmək, Azərbaycanın mədəniyyətini, ənənələrini təbliğ etməkdir.

Parisdə Azərbaycan dili məktəbi uzun fasilədən sonra yenidən fəaliyyətə başlayıb - FOTO Parisdə Azərbaycan dili məktəbi uzun fasilədən sonra yenidən fəaliyyətə başlayıb - FOTO