uilyam berns 1

“ABŞ yardımı bərpa etməsə, Ukrayna əhəmiyyətli ərazilərini itirəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns deyib.

O bildirib ki, Vaşinqtonun Kiyevə kömək etmək üçün vaxtı tükənir.

“ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa etməsə, Kiyev 2024-cü ildə əhəmiyyətli ərazilərini itirəcək. Ukrayna Silahlı Qüvvələrinin silah-sursatı, bizim isə onlara kömək etmək üçün vaxtımız tükənir”.

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru iddia edib ki, Vaşinqton Kiyevə genişmiqyaslı dəstəyi bərpa etsə, Ukrayna 2024-cü ilin sonu, 2025-ci ilin əvvəlinə qədər cəbhə xəttini saxlaya biləcək.

“Ukraynalılar təkcə Krıma deyil, həm də Rusiyanın Qara dəniz donanmasına qarşı güclü zərbələr həyata keçirməyə davam edə biləcəklər. ABŞ-ın əlavə maliyyə və hərbi dəstəyi ilə Ukrayna 2024-cü ilin sonu, 2025-ci ilin əvvəlinə qədər nəinki döyüş meydanında təşəbbüsü bərpa edə, həm də danışıqlar üçün daha əlverişli şərait yarada biləcək”, – Berns vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

 

Paylaş: