“Nikol Paşinyan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyəndə, 8 kəndi də onun tərkibində nəzərdə tuturdu”.
Globalinfo.az xəbər verir ki, bunu erməni rejissor Ruben Mxitaryan deyib.
“İndi hər yerdə qaçınılmaz müharibədən danışır, ictimaiyyəti depressiyaya salırlar. Sonra fraksiyanın qapalı iclasını keçirib təmin etdilər ki, 4 kənd verilərsə, müharibə olmayacaq. Doğurdan da sadə, mütəşəkkil əməliyyat aparırlar”.
Safura Bənnayeva
Globalinfo.az