“Biz yeni müharibənin başlamaması üçün çalışırıq”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
Spiker Rusiya sərhədçilərinin Zvartnots beynəlxalq hava limanı vasitəsilə ölkədən çıxmalarının daha doğru olacağını bildirib.
“Ümumiyyətlə, müharibə olacağına dair proqnozlar səsləndirmək nankorluqdur. Bundan başqa, Rusiya hərbçilərinin ölkəmizin sərhədlərini qoruyacağına əmin deyiləm. Dəfələrlə sübut olundu ki, onlar sərhədlərimizin təhlükəsizliyini təmin etmirlər, əksinə vəziyyəti gərginləşdirmək üçün hər şeyi edirlər. Ermənistan öz sərhədlərini qoruya bilər”, – deyən Simonyan rus sərhədlərinin ölkə ərazisindən çıxarılacağının anonsunu verib.
Ayşən Mustafa
Globalinfo.az