WhatsApp Image 2023 11 02 at 12.35.20

“Münhendə görüş zamanı masada mühüm bir sual var idi: tərəflər əvvəlki razılaşmaları təsdirləyirlərmi və ona sadiq qalacaqlarmı?”

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Münhendə Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə İlham Əliyevlə arasında keçirilən görüşdən danışarkən deyib.

Paşinyan yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirləri arasında görüşün keçirilməsinin razılaşdırıldığını bildirib:

“Daha sonra sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri üzrə komitənin iclası baş tutacaq. Artıq bu proses üzrə bir neçə görüş keçirilib. Ümumiyyətlə, əldə edilən razılaşmalara sadiq qalmaq və onların icrası sərhəddəki gərginliyin azalmasına kömək edəcək. Sülh müqaviləsinin bir sıra maddələri razılaşdırılıb, lakin prinsipial əhəmiyyət kəsb edən bəzi maddələr hələ də razılaşdırılmayıb. Bu istiqamətdə iş aparılmalıdır”.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: