euo 1

“Əlahiddə Ümumqoşun Ordunun 2024-cü tədris ilinin döyüş hazırlığı planı”na əsasən keçirilən dərs və məşğələlərdə qoşunların müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələrin öyrənilməsi, bölmələrin tapşırıqlarının dəqiqləşdirilməsi, həyəcan siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılması, gizli idarə olunması və qəfil ortaya çıxan tapşırıqların vaxtında icra olunması məşq etdirilir.

Bu barədə Globalinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Şəxsi heyətin bilik və bacarıqlarının artırılması, bölmələrin döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin edilməsi məqsədilə keçirilən dərs və məşğələlər tədris ili dövründə mütəmadi olaraq davam etdiriləcək.

2ac57c23b9c9f49b89785f95cde3dee4cb71eb4433beb9bd4f12e7b2a9f41924d3f3ca7d3f9eccbc8fc0deed290f437ac9fecaaf5d86c5efcc9de59d73bca1116380cf4c3eb19e2ec35c40d6848d5d2e

Paylaş: