1702618175 abs senat ukrayna

ABŞ Senatı Ukraynaya yardım haqqında qanun layihəsinə səsvermənin fevralın 7-də keçiriləcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bunu Konqresin yuxarı palatasındakı demokrat çoxluğun lideri Çak Şumer keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ Senatında Ukraynaya və İsrailə yardıma, eləcə də ölkənin cənub sərhədində nəzarətin gücləndirilməsinə dair paket qanun layihəsinə səsvermə fevralın 7-də keçiriləcək:

“Sabah qarşımızda olan qanun layihəsi ilə bağlı səs vermək niyyətindəyik. Biz yalnız irəliyə doğru addımlayırıq”.

Qeyd edək ki, respublikaçı senatorlar sözügedən qanun layihələrinin təsdiqlənməsinin əleyhinə çıxış edirlər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: