4c3s44e09a419e2f0vb 800C450

Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, Londonun Tehranla bağlı xoşagəlməz bəyanatları səbəbindən britaniyalı nazir İran XİN-ə dəvət olunub və ona sərt etiraz bildirilib:

“Britaniyanın Tehrana qarşı davamlı ittihamları ilə əlaqədar səfir Saymon Şerkliff İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb və ona sərt etiraz bildirilib”, – deyə məlumatda qeyd olunub.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: