İrandan sonra Qərb də Azərbaycanda təxribatlar törədə bilər? – Agentura şəbəkəsi

İrandan sonra Qərb də Azərbaycanda təxribatlar törədə bilər? - Agentura şəbəkəsi
AŞPA-Azərbaycan gərginliyi fonunda Qərbin rəsmi Bakıya təzyiqləri davam edir. Bəzi ekspertlər iddia edirlər ki, Qərb Azərbaycanda ictimai-siyasi təxribatlar törədə bilər.

Xatırladaq ki, İran son ilyarımda ölkəmizə qarşı müxtəlif təxribatlara əl atıb. Onların ən dəhşətlisi Tehranda səfirliyə hücum idi, digəri deputat Fazil Mustafaya sui-qəsd…

Bəs Qərb Azərbaycanda nə kimi təxribatlar törədə bilər? Təsir agentləri vasitəsilə ölkədə qarışıqlıq yarada bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Qərbin Azərbaycana təsiri hazırda elə də güclü deyil:

“Azərbaycan iqtidarı kifayət qədər ciddi təhlükəsizlik tədbirləri görərək, Qərbin və digər zonaların ölkəyə təsir agentlərini demək olar ki, yox edib.

Dnestryanı məsələsi həll olunur? –

Zeynal Əmrəliyev

Azərbaycanda hazırda təhlükəsizlik qüvvələri çox peşəkarcasına çalışır. Ola bilər ki, müxtəlif təxribatlar edilməsinə cəhdlər göstərilsin, ancaq onların öz məqsədlərinə çatacaqlarına qəti şəkildə ehtimal yoxdur.

Məlumdur ki, bir müddət əvvəl də hüquq-mühafizə orqanları Qərbin təsir dairəsində olan media qurumlarının qanunsuz maliyyə əməliyyatlarını aşkar edərək onlara qarşı uğurlu əməliyyatlar həyata keçirmişdi. Hazırda da ölkədə güclü nəzarət mexanizmi var. Belə bir hadisənin baş vermə ehtimalı sıfıra bərabərdir. Qərb müxtəlif institutları vasitəsilə Azərbaycana qarşı bəzi açıqlamalar, bəyanatlar verə bilər. Onlar da boş sənəd üzərində qalacaq. Çünki Azərbaycan dövləti kifayət qədər güclüdür və dövlət başçısının bu məsələ ilə bağlı mövqeyi kəskindir. İlham Əliyev kifayət qədər qətiyyətli siyasətçidir. Avropa, digər dünya gücləri də bunu dəfələrlə görüb”.

Turan Rzayev
Globalinfo.az