“Kiyevin 24 saat içində öz evinə çatmalı olan vətəndaşlarını öldürməsi dəhşətli bir hərəkətdir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov ötən gün Belqorodda İl-76 təyyarəsinin partlamasından danışarkən deyib.
Kreml sözçüsü Kiyevi təyyarədə olan 65 ukraynalı əsiri öldürməkdə ittiham edib.
“Baş verənlərin iki ölkə arasında əsirlərin dəyişdirilməsi prosesinə necə təsir göstərəcəyi isə məlum deyil”, – Peskov deyib.
Ayşən Mustafa
Globalinfo.az