blinken1

ABŞ-ın dövlət katibi Antoni Blinkenin təyyarəsində ciddi nasazlıq yaranıb.

Globalinfo.az xəbər verir ki, bu səbəbdən o, Dünya İqtisadi Forumunun (WEF) keçirildiyi Davosdan geri qayıda bilməyib.

Məlumata görə, uçuşdan əvvəl oksigen sızması aşkar edildiyi üçün təyyarənin uçuş üçün təhlükəli hesab edildiyi məlum olub.

Daha sonra Brüsseldən daha kiçik bir təyyarə göndərilib və dövlət katibi ABŞ-a qayıda bilib.

Qeyd edək ki, onu müşayiət edən heyət kommersiya reysləri ilə ölkəsinə geri qayıtmağa məcbur olub.

Paylaş: