Nigeriyada ordu düşərgəsinə silahlı hücum olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” yerli sakinlərə istinadən məlumat yayıb.
Məlumata görə, yaraqlıların ordu düşərgəsinə hücumu hərbçilərin və polislərin qaçması ilə nəticələnib.
Düşərgəyə daxil olan silahlılar dükanları və evləri qarət ediblər, həmçinin oradakı hərbi texnikanı yandırıblar.
Hələlik itkilər barədə heç bir məlumat yoxdur.
Əliyar Xəlil,














