“Erməni siyasətçilərin çoxsaylı yanlış hərəkətlərinin bədəli müharibədə məğlubiyyət oldu. Mən konkret olacağam. Bu an 2019-cu ildə özünün pik həddinə çatdı. Həmin vaxt meydanda Paşinyan çıxış edərək “Qarabağ Ermənistandır” demişdi”.
Globalinfo.az xəbər verir ki, bu fikiri Karnegi Fondunun aparıcı tədqiqatçısı, ekspert Tomas de Vaal səsləndirib. O, İkinci Qarabağ Müharibəsinin başlanmasını zəruri edən səbəblərdən söz açıb:
“Hesab edirəm ki, Paşinyanın 2019-cu ildəki çıxışı Azərbaycanı diplomatiyadan və kompromisdən çəkindirən amilə çevrildi. Bu, müharibəyə doğru aparan bir yol idi. Erməni siyasətçilərinin vəzifəsi azərbaycanlılara öz ərazilərini qaytaracaqlarına dairümid vermək olsa da, onlar hər şeyi əksinə edirdilər. Və bu ümid, Paşinyanın “Qarabağ Ermənistandır” söhbəti ilə bitdi. Beləliklə, bu illər ərzində Paşinyan və erməni siyasətçiləri mütləq müharibəyə səbəb olan səhvlərə yol verdilər. Müharibə isə ermənilər üçün faciəli son oldu”, – Tomas de Vall fikirlərini tamamlayıb.
Əliyar Xəlil,
Globalinfo.az