Qətərdə futbol üzrə XXII dünya çempionatına start verilib.
Globalinfo.az bildirir ki, açılış oyununda ev sahibləri Ekvador millisi ilə qarşılaşıb. A qrupunun görüşü Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hər iki qol ilk hissədə vurulub. Enner Valensiya 16-cı və 31-ci dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, qrupun digər matçında Niderland yığması Seneqalı sınağa çəkəcək. Noyabrın 21-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
***
Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyunu start götürüb.
“El-Bayt” stadionunda keçirilən görüşü italiyalı FIFA referisi Daniele Orsato idarə edir.
Dünya çempionatının açılış oyunu üçün start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
Qətər: 1. Saad əl-Şib, 2. Pedro Migel, 3. Abdelkarim Hassan, 14. Homam Ahmed, 15. Bassam Hişam, 16. Bualem Xuxi, 6. Əbdülaziz Hatəm, 10. Hassan Alhaydos, 12. Kərim Budiaf, 11. Əkrəm Afif, 19. Almaz Əli
Ekvador: 1. Ernan Qalindes, 2. Feliks Torres, 3. Pyero İnkapye, 7. Pervis Estupinyan, 17. Anxelo Presiado, 10. Romario İbarra, 19. Qonsalo Plata, 20. Ceqson Mendes, 23. Moyses Kaysedo, 11. Mikael Estrada, 13. Enner Valensiya
***
Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyununda vurulan ilk qol ləğv olunub.
Matçın baş hakimi Daniele Orsato VAR sisteminin qərarı ilə oyundakənar vəziyyət qeydə alıb.
***
Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyununda hesab açılıb.
16-cı dəqiqədə penaltidən fərqlənən Enner Valensiya Cənubi Amerika təmsilçisini önə çıxarıb.
***20:23
Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyununda 2-ci qol vurulub.
Cənubi Amerika təmsilçisindən Enner Valensiya 31-ci dəqiqədə dubl edib.
***20:43
Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyununda ilk hissə başa çatıb.
Cənubi Amerika təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.
***20:54
Qətərdə ev sahibləri ilə Ekvador arasında keçirilən dünya çempionatının açılış oyununda ikinci hissə başlayıb.














