Kirman terrorunun sifarişçisi bu ölkədir: Politoloq detalları açdı

Kirman terrorunun sifarişçisi bu ölkədir: Politoloq detalları açdı

“Kirman şəhərində baş verən terror hadisəsində ilk hədəf olaraq İsrailin göstərilməsi gözlənilən yanaşmadır və heç də təəccüb yaratmır”.

Bu sözləri Globalinfo.az-a politoloq Aytən Qurbanova İranın Kirman şəhərində Qasım Süleymaninin anım mərasimində törədilmiş terror aktlarını şərh edərkən deyib.

Kirman terrorunun sifarişçisi bu ölkədir: Politoloq detalları açdı

Aytən Qurbanova

Onun sözlərinə görə, İsrail-İran münasibətlərində gərginlik hər zaman pik həddə olub və bu yanaşma həm tarixi, həm də mövcud reallığa uyğun bir çox amilləri özündə ehtiva edir:

“Davam edən HƏMAS-İsrail qarşıdurması fonunda bu gərginliyin daha da artması məlumdur. Amma düşünürəm ki, bu məqamda fərqli ehtimallar da gözardı edilməməli və mütləq şəkildə nəzərdən keçirilməlidir. Xüsusilə də son günlərdə İsrailin antiterror tədbirləri adı altında Qəzza bölgəsində sərhədsiz güc istifadəsi bir çox regional və qlobal aktorlar, hətta ABŞ başda olmaqla onun əsas strateji tərəfdaşları tərəfindən belə tənqid olunmağa başlayıb.

Təbii ki, bu məsələdə prezident seçkiləri ərəfəsində rəsmi Vaşinqtonun diqqətinin daha çox daxili auditoriyaya çevrilməsi, Ərəb dövlətlərinin Rusiya və Çin ilə yaxınlaşan əlaqələrinin yaratdığı “narahatlıqlar” və ümumilikdə hadisələrin idarə olunmaz həddə çatması kimi bir çox əlavə təsiredici faktorlar da var. Amma bütün bunlar görüntü etibarilə Amerikanın İsrail-HƏMAS qarşıdurması ilə bağlı mövqeyində qismən “yumşalmanın” müşahidə edilməsi faktını dəyişmir.
Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Orta Şərqdə nisbi sabitliyin təmin olunmasında maraqlı olmayan regional və qlobal aktorların hər biri belə bir terror hadisəsinin təşkilində maraqlı ola bilər. Çünki hadisələrin qısa tarixi ilə bağlı məlumatlı olan hər kəs İranda baş verən terror hadisəsində ilk hədəf olaraq İsrailin göstəriləcəyini ehtimal edə bilər.

Belə bir məqamda İsrail həqiqətən bu addımı atarmı?!

Bir qədər əks mövqedən çıxış edərək hadisələri dəyərləndirsək, bəs bu terror hadisəsinə cavab olaraq İsraili hədəf göstərən İranın hansı mövqedən çıxış edə biləcəyini proqnozlaşdırmaq mümkündürmü?! Deməli, iki ölkə arasındakı gərginlikdən istifadə edərək hadisələrin manipulyasiya edilməsi ehtimalları da istisna edilməməlidir”.

Turan Rzayev
Globalinfo.az