Fazil Mustafa prezidentliyə namizəd olur: Sənədlər təqdim edildi

Fazil Mustafa prezidentliyə namizəd olur: Sənədlər təqdim edildi

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki,  F. Mustafa sənədlərin bu gün MSK-ya təqdim edildiyini bildirib.

Qeyd edək ki, dekabrın 16-da Böyük Quruluş Partiyasının Ali Məclisi partiya sədri Fazil Mustafanın prezidentliyə namizədliyini irəli sürüb.

Xatırladaq ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.