Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 753 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 160, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 350, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 37 nəfərdir.