“Ermənistana qaytarılan 32 nəfər ilkin tibbi müayinədən keçirilib”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan deyib.
O, həmin şəxslərin heç birinin tibb müəssisəsinə yerləşdirilmədiyini, buna ehtiyac olmadığını bildirib.
Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan isə 32 erməninin dindirilmə üçün çağırıldığını qeyd edib.
Xatırladaq ki, ötən gün həmin ermənilərdən bəzilərinin xəstəxanaya yerləşdirildiyi iddia edilmişdi.
Ayşən Mustafa
Globalinfo.az














