“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti” təsdiq edilib.
Globalinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası bu Qərardan irəli gələn məsələləri həll etməlidir.
***12:33
Ermənistan hökuməti Azərbaycanla dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə işçi qrupunun birgə görüşlərinin keçirilməsi barədə qərarı təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan məlumat yayıb.
O bildirb ki, delimitasiya prosesinin ilk dəfə olaraq institusional əsası qoyulub. Beləliklə işçi qruplarının Azərbaycanda, Ermənistanda, iki ölkənin sərhədində, yaxud üçüncü bir ölkədə, videokonfrans formatında ardıcıl görüşlərinin keçirilə biləcəyi qeyd olunub.
Qriqoryanın sözlərinə görə, bu gün rəsmi Bakı da reqlamenti təsdiq edəcək və ölkələr eyni vaxtda sənədin mətnini dərc edəcəklər.
Əliyar Xəlil
Globalinfo.az














