Şəkidə 27 yaşlı kişi özünü güllələyib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Çeşməli kəndinin inzibati ərazisində baş verib.
1996-cı il təvəllüdlü, Laçın rayon sakini hazırda Şəkinin Yeni Çələbixan qəsəbəsində yaşayan Məhəmməd Məmmədov özünü ov tüfəngi ilə güllələyərək intihar edib.
Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.














