Konsert zalı raketlə vuruldu: məşhur aktrisa həlak oldu – VİDEO

Konsert zalı raketlə vuruldu: məşhur aktrisa həlak oldu - VİDEO

Rusiyalı aktrisa Polina Menşix Donetskdə Ukrayna Silahlı Qüvvələrinin raket hücumu zamanı həlak olub.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, məlumatı Sankt-Peterburqun “Portal” teatr-studiyasında təsdiqləyiblər.

Bildirilir ki, aktrisa həmin vaxt hərbi qulluqçular qarşısında konsert proqramı ilə çıxış edirmiş.

Sosial şəbəkələrdə hücum anını əks etdirən video yayılıb.

Qeyd edək ki, rusiyalı ifaçı Polina Menşix, həmçinin “Nejen” teatrının direktoru, xoreoqraf, rejissor və dramaturq idi.