Şabranda faciəvi şəkildə vəfat edən şəxs Vətən müharibəsi iştirakçısı olub – FOTO / YENİLƏNİB

Şabranda faciəvi şəkildə vəfat edən şəxs Vətən müharibəsi iştirakçısı olub - FOTO / YENİLƏNİB

10:09

Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimov təmir işi görərkən təkərin partlaması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Bu barədə Globalinfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.

Qafqazinfo-nun yaydığı məlumata əsasən, təkərin partlaması nəticəsində vəfat edən Rəfail Əzimov Vətən müharibəsi iştirakçısı olub. O, qardaşına kömək etmək məqsədilə sexə gəlibmiş.

Şabranda faciəvi şəkildə vəfat edən şəxs Vətən müharibəsi iştirakçısı olub - FOTO / YENİLƏNİB