Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehdiyevlə bir müddət əvvəl məclislərin birində çəkilmiş görüntüləri yayılıb.
Globalinfo.az bildirir ki, sözügedən video sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, Rəşad Dağlı noyabrın 10-da Qaradağ rayonu Lökbatan qəsəbəsində qonşusu, 43 yaşlı İskəndər Mehdiyevi qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.