basqin 50

Rusiyanın Voronej vilayətində azərbaycanlıların tədbirinin keçirildiyi restorana basqın edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və görüntülər yayılıb.

Bildirilib ki, Rusiya təhlükəsizlik qüvvələri restorana anidən basqın ediblər. Məclisdə iştirak edənlərin pasportları yoxlanılıb, 50 nəfərə hərbi çağırış vərəqəsi verilib.

Həmin şəxslərin azərbaycanlı olduğu, bir çoxunun hərbi komissarlığa göndərildiyi bildirilir.

dc930231 6bc5 42e5 b733 5114a48f4585

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: