Ukraynanın xarici işlər naziri Dmitri Kuleba türkiyəli həmkarı Hakan Fidanla görüşüb
Globalinfo.az xəbər verir ki, bu barədə Kuleba sosial şəbəkə səhifəsində məlumat verib.
Kuleba Türkiyə ilə Ukrayna taxılının ixracını müzakirə etdiklərini bildirib:
“Berlində olarkən türkiyəli həmkarım Hakan Fidan ilə görüşdüm. Biz əsas diqqəti Qara dəniz regionunda təhlükəsizlik məsələləri və Ukraynanın dünya bazarlarına taxıl ixracına yönəltdik”.
Nazirlər, həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, bu gün Berlində Almaniya diplomatiyasının rəhbəri Annalena Berbokun təşəbbüsü ilə Avropa Birliyinin Genişlənməsi üzrə Nazirlər Konfransı keçirilib.