WhatsApp Image 2023 11 02 at 12.35.20

“Respublikamızın ərazisindən keçən nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi bölmə yaradılıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, bölmə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tərkibində təşkil edilib:

“Bu yaxınlarda biz regionda nəqliyyat kommunikasiyalarının fəaliyyəti ilə bağlı “Sülhün kəsişməsi” layihəsini təqdim etmişdik. Sözügedən bölmə bu layihə çərçivəsində yaradılıb. Bölmənin səlahiyyətlərinə avtomobillərin, dəmiryollarının, elektrik xətlərinin, qaz kəmərlərinin və digər kommunikasiyaların, o cümlədən regional nəqliyyat, insanların və yüklərin mühafizəsi daxildir. Tbilisidə keçirilən “İpək Yolu” Beynəlxalq Forumunda da bu barədə danışmışam”.

bf32dece3c Pasinyanin utopik layihesi

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: