“Bizə, dövlətimizə, hər birimizə sülh lazımdır, bunun üçün bütün bədəlləri ödəmişik”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib:
Onun erməni jurnalistin ünvanladığı “Vətənin bir qismini itirdiyimiz halda necə rahatlıqla yaşaya biləcəyik?” sualına cavabı maraqla qarşılanıb.
Simonyan deyib: “Vətən” ifadəsi çox mücərrəddir. O zaman Qarabağla yanaşı Adana, Qars, Van, Muş və Ərzurum da sənin vətənindir? Ermənistan Respublikası müəyyən bir xəritə ilə müstəqillik qazanıb.
Azərbaycana görə, onların bəzi əraziləri bizim nəzarətimizdədir, bizə görə isə onların nəzarəti altında olan ərazilərimiz var. Əgər müstəqillik əldə etdiyimiz xəritəyə uyğun olaraq doğurdan da onlara məxsus olan ərazilər bizdədirsə, oralardan geri çəkiləcəyik. Azərbaycan da qarşılıqlı olaraq eynisini etməlidir. Biz “qırmızı xətt”i çəkmişik, ölkəmizə sülhü gətirməliyik”.
Ayşən Mustafa
Globalinfo.az














