Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Taysonla MMA tarixinin ən yaxşı döyüşçülərindən biri Fedor Emelianenko arasında boks görüşü olmayacaq.
Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, bu barədə “Sport Express”ə 57 yaşlı Tayson məlumat verib.
“Fedorla döyüş olmayacaq. O, mənim kumirlərimdən biridir”, – deyə əfsanəvi boksçu bildirib.
Emelianenko avqustda Taysonla döyüşmək arzusunda olduğunu bildirib.
Sentyabrda Emelianenkonun Taysonla döyüşmək üçün danışıqlar apardığı və boks məşqlərinə başladığı bildirilib.
Emelianenko sonuncu döyüşünü fevralın 5-də keçirib. İlk raundda amerikalı Rayan Beyderə nokautla uduzub və bundan sonra karyerasını başa vurduğunu elan edib.
Ümumilikdə rusiyalının MMA-da 40 qələbəsi və yeddi məğlubiyyəti var, bir döyüş etibarsız sayılıb.
Tayson peşəkar karyerasını 2005-ci ildə başa vurub. Peşəkar rinqdə 50 qələbə (44 nokautla) qazanıb və altı məğlubiyyət alıb. 2020-ci ilin noyabr ayında o, kiçik Roy Cons ilə sərgi matçında döyüşüb. Döyüş bölünmə qərarı ilə heç-heçə ilə nəticələnib.