Ukrayna Silahlı Qüvvələrinin birləşmələri Dnepr çayının sağ sahilində ordu bölmələrini yerləşdirir və paralel olaraq Rusiya ordusu da çayın sol sahilində möhkəmlənir.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı deyib.
Qeyd olunub ki, Xersonun azad olunmuş hissəsində Ukrayna qoşunları yerləşdiyi vaxtda Rusiya tərəfi mühəndis-istehkam qurğularının möhkəmləndirilməsi ilə məşğuldur və bununla da müvəqqəti olaraq tutulmuş əraziləri qoruyub saxlamağa çalışır.
Həmçinin əlavə olunub ki, Rusiya ordusu Baxmut, Avdeyev və Novopavlovsk istiqamətlərində də hücum əməliyyatları keçirir.