1679914120396062420 1200x630

İsrailin Qəzzadakı xəstəxanaya endirdiyi zərbələr sonrası İsrail Baş naziri Benyamin Netanyahu və hökuməti ilə bağlı aqressiya yenidən yüksəlib. Xüsusilə onun quru əməliyyatlarına başlanacağı barədə xəbərdarlıq etməsindən sonra hadisənin baş verməsi diqqət çəkir.

Netanyahu və hökuməti islam coğrafiyasında sevilmir. Hətta Qərbdə belə bir çoxları onu faşizmdə ittiham edir. Bu məsələdə Almaniyanın pərdəarxası oyunları barədə müəyyən məlumatlar var. Bəzi Avropa ölkələrinin də İsrailə qarşı proseslərdə iştirakı iddia edilir.

Maraqlıdır, ümumiyyətlə Benyamin Netanyahu ilə bağlı mənfi rəylər nədən qaynaqlanır?

256087 y4wlrhr5ew

Kənan Novruzov

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, ümumiyyətlə, bu cür məsələlərə təkcə hakimiyyətdə olan şəxsi münasibət kontekstindən yanaşmaq doğru deyil:

“Eyni zamanda din amilini və daha böyük dövlətlərin maraqlarını nəzərə almaq lazımdır. Bu gün bir çox dövlət məhz din amilinə görə HƏMAS-ı dəstəkləyir və İsraili, o cümlədən Netanyahunu qınayır. Hərçənd həqiqəti özləri də anlayır.

İkinci bir tərəfdən, İsraillə ABŞ arasındakı münasibətlər məlumdur. İran və Rusiya bu durumdan narahat olmamış deyil. Onlar Vaşinqtonun Yaxın Şərqdə öz maraqlarını həyata keçirməsinin qarışını almaq məqsədilə müxtəlif addımlar atırlar.

Netanyahuya qarşı kampaniya da bu addımlardan biri kimi qiymətləndirilə bilər. HƏMAS Fələstini təmsil etmir. İsrail hazırda Fələstinlə yox, HƏMAS -la müharibə aparır. Dünya dövlətləri bu faktı təhrif etməməli, öz maraqları naminə yozmamalıdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: