Gecə saatlarından başlayaraq İsrail ordusu Qəzza zolağına zərbələr endirib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nəticədə bir neçə müşahidə məntəqəsi vurulub.
Qeyd edək ki, hazırda İsrail ərazisində həlak olanların sayı 900-ü ötüb. Qəzza zolağında isə 687 fələstinli ölüb.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Hazırda döyüşlər davam edir.

