\
Ankaranın Altındağ rayonunda evdə 5 Əfqanıstan vətəndaşı bıçaqlanaraq öldürülüb.
Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Örnek rayonunda dostları ilə yaşayan 5 Əfqanıstan vətəndaşından xəbər ala bilməyən yaxınları vəziyyəti polisə xəbər verib.
Ünvana gedən polis əməkdaşları onların cansız bədənini yaşadıqları evdə aşkarlayıblar.
Hadisə yerinə cəlb edilən təcili yardım əməkdaşları həmin şəxslərin bıçaqlanaraq öldürüldüyünü müəyyən edib.