220413 N OH637 1013

ABŞ Gerald R. Ford nüvə mühərrikli təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupunu İsrail sahillərinə göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin məlumat verib.

O bildiirb ki, gəmi artıq Aralıq dənizinin şərq sahillərinə doğru hərəkət edir. Məlumata görə, gəmini Hərbi Dəniz Qüvvələrinin digər iki sinfi döyüş gəmisi, idarə olunan raket esminesləri və kreyserləri müşayiət edəcək. ABŞ həmçinin bölgədə F-35, F-15, F-16 və A-10 daxil olmaqla döyüş təyyarələrinin sayını artırır.

Lloyd Ostin qeyd edib ki, bu təyyarələrdən bir neçəsi xüsusilə son aylarda Suriya və Oman körfəzi də daxil olmaqla, regionda İran qüvvələrinə cavab olaraq  Yaxın Şərqə göndərilmişdi.

İddialara görə, İsrail bu təyyarələr vasitəsilə İranl hədəf ala bilər.

Əliyar Xəlil
Globalinfo.az 

 

 

Paylaş: