2024-cü ildə ABŞ-da növbəti prezidenti seçkiləri keçiriləcək.
ABŞ-ın hazırkı prezidenti Co Bayden yenidən namizədliyini irəli sürəcəyini deyib. Bildirib ki, son seçkilərdə əhalinin vəziyyətdən məyus olduğunu nümayiş etdirməsinə baxmayaraq, ölkəni idarə etdiyi iki ildən bir qədər artıq müddətdə kursunu dəyişmək niyyətində deyil.
Eyni zamanda keçmiş prezident Donald Tramp da seçkilərdə iştirak edəcəyini deyib.
Politoloq Cümşüd Nuriyev Globalinfo-ya açıqlamasında bildirib ki, ABŞ-da prezident seçkilərinə hələ çox var və bu iki namizədin o vaxta qədər yaşayacağı bəlli deyil:
Seçkilərin gedişində iki senator seçki günü öldü və Demokratların yerinə Respublikaçılar gəldi.
Demokratlar hakimiyyətdə olanda daha çox müharibələr olub və onları hakimiyyətə gətirən silah tacirlərinin layihələrini, planlarını yerinə yetirmək məcburiyyətindədir. Respublikaçılardan da Corc Buşun vaxtında İraq müharibəsi olub”.
Cümşüd Nuriyevin sözlərinə görə, Donald Tramp Azərbaycan üçün daha əlverişli namizəd ola bilər:
“Bildiyim qədər artıq Florida ştatının senatoru Mendes də öz namizədliyini irəli sürmək istəyir. Bu o deməkdir ki, hələlik respublikaçıların dəqiq namizədi yoxdur. Özünü Demokratların namizədi kimi irəli sürən Baydeni dəstəkləyəcəkləri də məlum deyil, çünki bu mərhələdə keçirilən seçkilərdə aşağı nümayəndələr palatasına birmənalı şəkildə uduzdular. Respublikaçılar təxminən 20-dən çox yer götürüblər və hazırda 48 yer Respublikaçılardadır. Təkrar seçkilər keçiriləcək və həmin seçkiləri Demokratların qazanacağı bəlli deyil”.
Politoloq vurğulayıb ki, bütün hallarda ABŞ-da digər dövlətlərdən fərqli olaraq oturuşmuş dövlət siyasəti var və prezidentin kim olmasından asılı olmayaraq o, qəbul olunmuş dəsti-xətti həyata keçirmək məcburiyyətindədir.
Gülnar Səlimova, Globalinfo.az