meclis 12

Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində keçirilən ilk iclasında “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Globalinfo.az bildirir ki, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

***15:11

Rəqabət Məcəlləsi uzun illərdən sonra Milli Məclisdə müzakirəyə çıxarılıb.

Globalinfo.az bildirir ki, hazırda parlamentin iclasında layihə müzakirə olunur.

“Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda deputatların müzakirəsinə təqdim edilib.

Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb.

Paylaş: