Füzuli şəhərinə köçürülən yeni ailələr artıq öz mənzillərinə yerləşib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, səhər saatlarında “Qobu park 3” yaşayış kompleksindən yola düşən yeni ailələr artıq öz mənzillərinə yerləşiblər.
31 il sonra ata-baba yurdlarına köçürülən keçmiş məcburi köçkünlərə mənzillərin açarı təqdim edildikdən sonra ailələr yeni evlərinə yerləşiblər
Bununla da Füzuli şəhərində 349 nəfərdən ibarət 95 ailənin daimi məskunlaşması təmin edilib.


***12:44
Yenidən qurulan Füzuli şəhərinə köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.
Globalinfo.az bildirir ki, açarları Qarabağ İqtisadi Rayonuna daxil olan İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov təqdim edib.
X X X
İşğaldan azad olunan Füzuli rayonuna yola salınan daha 102 sakin doğma yurda çatıb.
Globalinfo.az bildirir ki, Füzuli şəhərinə köçən ailələri Qarabağ İqtisadi Rayonuna daxil olan İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov və digər rəsmi şəxslər qarşılayıb.
Bununla da Füzuli şəhərində 95 ailə, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.
Xatırladaq ki, sentyabr 7-də Füzuli şəhərinə köçürülənlər Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksində məskunlaşan ailələr olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı prosesi davam edir.
***09:13
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, sentyabr 7-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə – 102 nəfər köçürülüb.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 95 ailə, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.














