Avrasiya xerite 1212

Avstriyalı siyasətçi Günter Felinger qalmaqallı paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Globalinfo.az xəbər verir ki, o, BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ölkələrinin NATO-ya müqavimət göstərməsindən danışıb.

Felinger bildirib ki, bunun qarşısını almaq üçün həmin ölkələr parçalanmalıdır:

“Mən dekolonizasiyanın yeni nəhəng fazasına çağırış edirəm. Bu, dünyada qalan son imperiyaların, ilk növbədə, Rusiya, sonra isə Çinin varlığına son qoymaq üçündür. Biz mütləq bütün BRİKS üzvləri üçün müvafiq xəritələr hazırlamalıyıq”.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: