Əpl şirkəti Ayfonla bağlı rəsmi xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, istifadəçilərə telefonu enerji ilə doldurarkən bədənin üzərinə, yastığın və ya yorğanın altına qoymamaq tövsiyə olunur. Bundan əlavə, şirkət Ayfonları üzlüksüz və yaxşı havalandırılan yerlərdə enerji ilə doldurmağa çağırıb.
“Bu təhlükəsizlik təlimatlarına əməl edilməməsi yanğın, elektrik cərəyanı vurması, şəxsi xəsarət və ya Ayfon və ya digər əmlakın zədələnməsi ilə nəticələnə bilər”, – deyə məlumatda qeyd edilir.














