Özünüzü azərbaycanlıların yerinə qoyun – Hovhannisyan

Özünüzü azərbaycanlıların yerinə qoyun - Hovhannisyan

“Neçə dəfə xəbərdarlıq etmişəm ki, sosial şəbəkələrdə ümumi işimizə maneə yaradacaq foto, video və hər hansı məlumat paylaşmayın”. 

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Karen Hovhannisyan BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın daimi nümayəndəsi Yaşar Əliyevin Xankəndidəki ermənilən “aclıq” iddialarına fotofaktlarla cavab verməsinə münasibət bildirərkən deyib.

“Düşmən ölkələr sosial şəbəkələrdə bizi izləyir, əleyhimizə dəlillər toplamağa çalışır. Hər hansı yazı, ya da foto paylaşmadan öncə özünüzü bir anlıq düşmənin yerinə qoyun, onun kimi düşünün. İstəmədən onların əlinə material verdiyinizi anlayacaqsınız. Beləliklə, aramızda panika yaranacaq, bu isə bizi məğlubiyyətə sürükləyəcək”, – o vurğulayıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasında Ermənistanın səylərinin boşa çıxması səbəbilə Xankəndi və İrəvanda narazılıqlar getdikcə güclənir.

Ayşən Mustafa
Globalinfo.az