Almaniyanın Ukraynadakı münaqişədə iştirak səviyyəsi onunla Rusiya arasında müharibəyə səbəb ola bilər.
Globalinfo.az xəbər verir ki, bunu “Almaniya üçün alternativ” partiyasının deputatı Şteffen Kotre deyib.
O, çıxışı zamanı alman silahlarının Kiyevə tədarükünü yanlış addım adlandırıb.
Deputat xatırladıb ki, Ukraynadakı hərbi fəaliyyətlər Almaniyanın münaqişəsi deyil:
“Biz bütün bunlardan bir qədər uzaq dayanmalı və sülh təşəbbüslərinə davam etməli idik”.
Onun sözlərinə görə, silah göndərilməsi konflikti həllə aparmır, vəziyyəti çətinləşdirir. Üstəlik, Rusiyaya qarşı sanksiyalar ilk növbədə Almaniyanın özünə zərər vurub.
Tamerlan Yayaqan
Globalinfo.az