Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə Globalinfo.az-a FHN-dən bildirilib.
Qeyd edilib ki, havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın qısa müddətdə söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
***15:59
Sumqayıtda “Green house” şadlıq sarayında baş verən yanğın məhdudlaşdırılıb.
Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
***15:26
Sumqayıt şəhərində şadlıq evində yanğının söndürülməsi işləri davam etdirilir.
Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
***15:09
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon Sumqayıt şəhərində şadlıq evində yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən Globalinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.