599b244d ec9e 3870 a212 648ec8b26804 850

Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan səfirinin işindən narazı olması barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, rəsmi Moskva səfir Vaqarşak Arutyunyanın geri çağırılması üçün lazımı addımlar atır.

Globalinfo.az xəbər verir ki, Rusiya XİN məsələ ilə bağlı açıqlama verərək bunu əsassız iddia adlandırıb.

“Görünür, kimsə Rusiya-Ermənistan münasibətlərinə xələl gətirmək istəyir. Ermənistanın Rusiyadakı səfirinin dəyişdirilməsi İrəvanın müstəsna səlahiyyətindədir. Rusiya səfir Vaqartak Arutyunyanla qarşılıqlı fəaliyyətdən razıdır. Həmçinin Moskva da İrəvandakı diplomatik nümayəndəsinin dəyişdirilməsini planlaşdırmır” – deyə, açıqlamada bildirilir.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: