Xəbər verdiyimiz kimi, Ermənistanın atıcılıq yığma komandası Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcək.
Globalinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusunu cavablandırıb.
O bildirib ki, həmişə olduğu kimi bu dəfə də bütün iştirakçı ölkələrin idmançı və nümayəndə heyəti üzvlərinin təhüksəziliyi təmin olunacaq.
Qeyd edək ki, dünya çempionatı 14 avqust – 3 iyul aralığında baş tutacaq.