
Rusiyanın paytaxtı Moskvada administrativ binada baş verən yanğın nəticəsində 2 nəfər həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yamskoqo Polya küçəsində yerləşən dördmərtəbəli binadakı yanğın ikinci mərtəbədən başlayıb.
Xilasetmə qüvvələri 7 nəfəri xilas edib, 2 nəfər isə yanğında həyatını itirib.
***
Moskvada Tver bulvarında yerləşən məşhur “Puşkin” restoranında yanğın baş verib.
Yanğın vaxtı restoranda işçilər və müştərilərlə birlikdə 100-dən çox adam olub.
Onların hamısının təxliyə edildiyi bildirilir.
Qeyd edək ki, “Puşkin” restoranı 1999-cu ildən fəaliyyət göstərir. Restoran rus zadəganlarının mətbəxində hazırlanan məşhur yeməklər üzrə ixtisaslaşıb. Restoranın tanınmış qonaqları arasında Ancelina Coli, Bill Klinton, Nursultan Nazarbayev, Benyamin Netanyahu kimi tanınmış şəxslər olub.