1688571704 cfc2a7c6 22d7 3eb3 85de d22bb7a22fb6 850

Futbol üzrə 2024-cü il Avropa çempionatının rəsmi masqotunun adı açıqlanıb.

Globalinfo.az-ın UEFA-nın saytına istinadən məlumatına görə, oyuncaq ayı olan talismana “Albert” adı verilib.

Bu ad Avropadakı məktəblilər arasında keçirilən səsvermədən sonra seçilib.

Qeyd edək ki, AVRO-2024 gələn il iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq. Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.

Paylaş: